Dünya
Britaniya və Fransa Aİ-dən kömək istədi
London və Paris Fransanın sahilyanı Calais sərhəd məntəqəsində yaranmış miqrant böhranın həllində Aİ ölkələrindən kömək istəyiblər.
Britaniya Daxili İşlər naziri Tereza May və onun Fransalı həmkarı Bernard Cazeneuve "The Sunday Telegraph" qəzetində dərc edilmiş məqalədə bildiriblər ki, Calais miqrant böhranına "qlobal miqrasiya böhranı" bucağından baxmaq gərəkdir.
Ötən gecə Calais-də miqrantlar hasarları qıraraq La-Manş tunelinə daxil olmağa cəhd göstəriblər.
Polis əməkdaşları miqrant kütləsinin qarşısını gözyaşardıcı qaz tətbiq etməklə alıb.
Miqrantlar Fransa sahilindən sualtı tunel vasitəsilə Britaniyaya keçməyə cəhd göstərirdilər.
Nəticədə tuneldə işləyən nəqliyyatın işi pozulub, yubanmalar baş verib.
Britaniya baş naziri Devid Kameronla prezident Fransua Olland arasında baş tutmuş danışıqlarda La-Manş tunelinin Fransaya aid hissəndə hasar və mühafizə qurğularının möhkəmləndirilməsi, daha çox CCTV kameraların qurulması və əlavə polis qüvvələrinin yerləşdirilməsi barədə razılığa gəlinmişdi.
Bu arada Fransanın Calais məntəqəsində qalmaqda davam edən miqrantlar BBC müxbirinə hər gün hasarları keçməyə cəhd edənlər arasında ölənlərin də olduğunu bildiriblər.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...