Dünya
Ən qəddar prezidentə sülh mükafatı verildi

Dünyanın ən qapalı ölkəsi hesab edilən Şimali Koreyanın
liderinə mükafat verilib. Ən qəddar prezident adına sahib olan Kim
Çen Ina mükafatı verən isə İndoneziya olub.
Maraqlıdır ki, yaxın adamlarını, dövlət məmurlarını gözünü belə
qırpmadan edam etdirən, ac heyvanlara yedirən, raketlə vurduran,
dünyanı nüvə müharibəsi ilə hədələyən dövlət başçısına "Qlobal
dövlət başçısı" mükafatı verilib.
O, İndoneziyanın özünü “insanlıq və dünyada sülhə həsr edən"
qurumu kimi təqdim edən Sukarno Mərkəzi tərəfindən təltif edilib.
Mükafatın sahibini də İndoneziyanın müstəqillik hərakatının lideri
Sukarnonun qızı açıqlayıb.
Sukarnoputri Şimali Koreyanın gənc lideri ilə bağlı dünya
mətbuatında yer alan məlumatları "qərbin qara təbliğatı"
adlandırıb. Onun sözlərinə görə, Inın insan haqlarını pozması
barədə deyilənləri həqiqəti əks etdirmir.
"Şimali Koreya lideri Kim Çen In gənc yaşına baxmayaraq,
atasının ideyalarını daha da inkişaf etdirir. O, mükafat almağa
haqq qazanıb. Çünki müstəmləkəçiliklə savaşır".
İndoneziyanın ilk dövlət başçısı Ahmed Sukarno 1950-ci ildə
Şimali Koreya ilə münasibət quran ilk liderlərdən olub. Sukarno
adına verilən sülh mükafatı 2001-ci ildə Kim Çen Inın atasına da
təqdim edilib.
Adıçəkilən mükafatı həmçinin Hindistanın lideri olan Mahatma Qandi
və Myanmanın insan haqları üzrə müdafiəçisi, müxalif lider Aunq San
Suu Kyiye verilmişti.(anspress.com)

-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə16:24
Hərbçimiz həlak oldu
-
Hadisə16:19
Bakıda yaşayış binası yanır - Yeniləndi