Dünya
“ABŞ ölkələri viran qoyur” – “Newsweek”in Azərbaycanda ARAŞDIRMASI

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı nüfuzu aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın
nüfuzlu “Newsweek” jurnalının araşdırmasında deyilir.
Amerika ordusunun tədqiqat laboratoriyasının qismən dəstəklədiyi
araşdırma bir sıra postsovet ölkələrində - Azərbaycanda,
Qırğızıstanda, hətta Ukraynada aparılıb.
Nəşr yazır ki, Birləşmiş Ştatların təkcə Rusiyada deyil,
Azərbaycanda, hətta Ukraynada da nüfuzu zəifləyib.
“Birləşmiş Ştatlar postsovet ölkələrində super dövlət kimi qəbul
olunur, lakin onu başqalarının işinə həyasızcasına burnunu soxan
ölkə kimi də təsvir edirlər. Misal üçün, ABŞ-ın maliyyə yardımı
etdiyi QHT-ləri Birləşmiş Ştatlara “ayı xidməti” göstərən
təşkilatlar kimi xarakterizə edirlər”, - deyə nəşr yazır.
2014-cü ilin aprelindən avqust ayına qədər aparılan araşdırma 18
fokus-qrup üzrə aparılıb.
Azərbaycanda fokus-qruplar Birləşmiş Ştatlara iki mövqedən
yanaşırlar. Qadınlar Amerikanın təhsil sisteminin və həyat
səviyyəsinin yaxşı olmasını qeyd edirlər. Kişilər isə demokratiyanı
önə çəksələr də, ABŞ-ın müdaxilə siyasətini tənqid edirlər.
“Mən ABŞ-da olmamışam. Amma KİV-dən oxuyuram və anlayıram ki,
Amerika demokratiya adı altında müsəlman ölkələrinə müdaxilə edir.
Qaradərili prezidentin seçilməsi ABŞ üçün tarixi an oldu. Bu
demokratiyanın göstəricisidir, lakin Amerika başqalarından daha
artıq demokrat deyil və digərlərinə bunu öyrətməməlidir.
Demokratiyanı hər ölkənin öz xalqı tətbiq edə bilər”, - deyə kişi
respondentlərdən biri deyir.
Daha bir respondent isə ABŞ siyasətinin maraqlı tərəfi haqda
danışır: “Bütün kiçik ölkələrdə Amerika imperialistləri şəxsləri
hakimiyyətə gətirir və daha sonra həmin ölkənin sərvətlərini
talamağa başlayırlar. Bundan sonra da həmin ölkəyə müdaxilə edir və
bunu demokratiya, yaxud insan haqları ilə əlaqələndirir. ABŞ öz
ölkəsini müdafiə edir, lakin başqa ölkələri viran qoyur”.
Digər bir kişi respondent deyir ki, ABŞ Azərbaycanda inqilab etməyə
cəhd göstərib: “Bu haqda qəzetdən oxumuşam. Amerika və Britaniya
imperialistləri Ukraynanı darmadağın etdilər. Eyni şeyi
Azərbaycanda da etmək istəyirmişlər”.
Bölgədəki kişi respondentlərdən biri isə mitinq və küçə
yürüşlərinin ölkədə sabitliyi pozmağa hesablandığını bildirir.
“Bunlarla problemi həll edə bilmərik. Çünki bu cür addımlar
sabitliyi pozur və başqalarının maraqlarına xidmət edir. Mən etiraz
aksiyalarına qarşıyam, çünki indiyə qədər olan bütün iğtişaşların
sonu kədərli bitdi. Misir, yaxud Ukraynanı götürün. Hesab edirəm
ki, bütün bunlar bizə ziyandır”, - deyə Sabirabaddan olan kişi
respondent bildirir.
Bu araşdırmadan sonra “Newsweek” qeyd edir ki, ABŞ daxili işlərə
müdaxilə kimi qəbul olunan demokratiya səylərini azaltmalıdır.
“Bu, nüfuzunu bərpa etmək üçün Birləşmiş Ştatlara lazımdır. Öz
siyasi sistemi, iqtisadiyyatı və təhsili ilə daha çox iş görə
bilər. Əgər zamanında bu edilsəydi, xarici müdaxiləçi olaraq
ləkələnmiş olmazdılar”, - deyə araşdırmada bildirilir.
Asif Nərimanlı

-
Ekologiya21:58
Hava ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ - VİDЕО
-
Sosial19:20
Diqqət! Sabahdan qiymətlərdə dəyişiklik olacaq
-
Sosial17:53
İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi - Video
-
Sosial17:15
Evini sığortalamayan vətəndaşlar cərimələnəcək? - Xəbərdarlıq
-
Qarabağ 16:19
Bakı qısa müddətdə Xankəndiyə qayıdacaq, Ankara... - Abovyan açıqlayır
-
Magazin115:20
Azərbaycanın ən yaraşıqlı kişisi o seçildi - FOTO/VİDEO
-
Rəsmi xronika14:41
Prezident fərman imzaladı
-
Kriminal14:16
"Evinə qızlar gətirirdi, mənzilimin qapısını döyüb yoldaşıma..." - Təfərrüat