Dünya
Türkiyədə etirazlar başlayıb, saxlanılan və xəsarət alanlar var
Türkiyə polisi ötən il İstanbuldakı Gezi parkı hadisələrində xəsarət alan və müalicə aldığı xəstəxanada bu gün vəfat edən Berkin Əlvanın ölümünə etiraz olaraq Ankaranın Qızılay meydanında keçirilən aksiyanın qarşısını alıb.
Həmçinin avtomobil yolunu bağlayan etirazçılar polisin
müdaxiləsindən sonra ara küçələrə qaçıblar.
Ara küçələrdə barrikadalar quran etirazçılar polisə daş və müxtəlif
əşyalar atıblar. Təhlükəsizlik qüvvələrinin əməkdaşları isə
nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə
edib.
Bir neçə nəfərin saxlanıldığı aksiya zamanı yaralananların da
olduğu bildirilir.
Polis İstanbulda da B.Əlvanın ölümünə etiraz olaraq Qalatasaray
Liseyi qarşısında toplaşaraq Taksim meydanına yürüş etmək istəyən
aksiyaçıları ara küçələrə dağıdıb.
Etirazlar Eskişehir, Çankırı, Dənizli, Zonquldak, Kocaeli, Samsun,
Adana, Konya və digər şəhərlərdə də keçirilib. /Trend/
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü