Dünya
Fəth Ordusu irəliləyir: Əsədin qalasına 50 kilometr qaldı - VİDEO
Suriya xəritəsinin İranın əli ilə dəyişdirilməsi təhlükəsi yarandığı bir vaxtda müxalifət qüvvələrin irəliləyişi davam edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Xama vilayətinin şimal-qərbindəki Gab düzənliyində strateji nöqtələri ələ keçirən Fəth Ordusu Suriya lideri Bəşər Əsədin məmləkəti olan və rejimin əhəmiyyətli qalalarından olan Lazikiyenin 50 kilometrliyində yerləşən Curin şəhərinə çatıb.
Bölgədə 20 minə yaxın livanlı, iraqlı və iranlı şiə döyüşçünün olduğu deyilir. Gab düzənliyinin ələ keçirilməsi ilə İdlip, Xama və Lazikiyedəki müxalifət cəbhələr də birləşib.
Məlumata görə, Fəth Ordusuna bağlı qüvvələr İdlib vilayətinin Fua kəndində rejim güclərinə aid bir düşərgəni tunel qazaraq altına yerləşdirdiyi partlayıcı ilə havaya uçurublar. Partlayış nəticəsində “Hizbullah” təşkilatı və rejim ordusunun onlarla döyüşçüsünün öldüyü bildirilir.
Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ankaraya edəcəyi sabahkı səfərində çantasında yeni Suriya planını aparacağı barədə xəbər yayılıb. İddiaya görə, İranın Ankaya ilə müzakirə edəcəyi yeni Suriya planının detalları bu şəkildədir: “Paytaxt Dəməşq, Lazikiye, Tartus, Zebadani və Kalamunun daxil edildiyi bölgə Əsəd rejimi tərəfindən idarə olunacaq. Buralarda yaşayan Sünni əhalinin təhlükəsiz şəkildə bölgədən çıxması təmin ediləcək. Müxalifətin nəzarətində olan bölgələrdə yeni bir rəhbərlik qurulacaq. Bir qismi müxalifətin, bir qisimi isə Əsəd rejiminin əlində olan Hələb vilayəti isə beynəlxalq koalisiya tərəfindən idarə olunacaq”.
Tehranın hazırladığı yeni Suriya planı müxalifətin narahatlığına səbəb olduğu deyilir. Ölkənin ən əhəmiyyətli silahlı müxalif qruplarından olan “Ahraru Şam” hərəkatı yeni planla Suriyanın bölünməsinin və xəritəsinin dəyişdirilməsinin əsas hədəf olduğunu açıqlayıb.
Ömər Dağlı
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO