Dünya
ABŞ-da fövqəladə vəziyyət elan edildi
ABŞ-da Ferquson nümayişlərinin davam etdiyi St. Louisdə vəziyyət gərginləşir.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ferquson hadisələrinin birinci ildönümü ilə bağlı keçirilən etiraz aksiyalarında 50 nəfər saxlanılıb.
Şəhərə bağlı olan St. Louis administrativ bölgəsindəki Federal Məhkəməsinə gələn 100-dən çox nümayişçi binaya girmək istəyib. Lakin onlar burada polis barrikadaları ilə qarşılaşıblar. Etirazı təşkil edən qruplardan olan “Ferguson Action” saxlanılanlar arasında məşhur qaradərili siyasətçi, alim Kornel Uestin də olduğunu açıqlayıb.
Bu gecə də etiraz aksiyalarının davam edəcəyi gözlənilən St. Louisdə fövqəladə vəziyyət elan edilib.
Ötən gecə təşkil edilən aksiyalarda 18 yaşındakı qaradərili gənc Trone Harris polis tərəfindən vurub. Onun vəziyyətinin ağır olduğu bildirilir. St. Louisin polis şefi Jon Belmar Harrisin bir qrup nümayişçi ilə birlikdə üzərində hər hansı fərqləndirici işarəsi olmayan polis avtomobilindəki dörd polisə atəş açdığını söyləyib. O, cavab atəşinin avtomobilin içindən verildiyini ifadə edib.
ABŞ-in Ədliyyə Nazirliyi bəyanat verərək Ferqusonda “xalqa və polis məmurlarına qarşı zorakılığı” pislədiyini bildirib.
Qeyd edək ki, 2014-cü il avqustun 9-da Ferguson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Mixael Brounun ağdərili polis zabiti Darren Uilson tərəfindən güllələnərək öldürülüb. Hadisə ölkə daxilində son illərin ən geniş etiraz aksiyalarına səbəb olub.
Ömər Dağlı
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO