Keçmiş kəşfiyyatçıdan Ermənistanda əməliyyat anonsu
Bizi izləyin

Dünya

Keçmiş kəşfiyyatçıdan Ermənistanda əməliyyat anonsu

Ermənistana qaçan Gülən camaatına bağlı keçmiş prokurorların həbs olunması ilə bağlı Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidana şok müraciət olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təqaüdə çıxmış keçmiş kəşfiyyatçı Ergin Geldikaya “facebook” səhifəsindən H. Fidandan “Zəkəriyyə Özü tutmaq üçün icazə istəyib.

MİT rəhbəri Hakan Fidana açıq müraciət.
Eşitdim ki, Zekoş deyilən prokuror Gürcüstana qaçıb. İndi siz rəsmi vəzifədə olduğunuz üçün qaçan prokurorları ölkəyə gətirə bilməzsiniz. Ədalətə kömək etmək üçün mən onları tapıb gətirə bilərəm. İşlər qarışsa, “tanımırıq, bilmirik, bizim üzvümüz deyildir, heç vaxt da olmadı. Bizim kəşfiyyat məlumatlarımıza görə əmrimizdə olmayacaq qədər qürurlu bir vətənsevərdir” deyərsiniz. Telefonum və ev adresim sizdə var. Ergin Geldikaya...”


E. Geldikaya “poyrazköy” əməliyyatı zamanı həbs olunub. Daha sonra azadlığa çıxan Geldikaya təqaüdə yollanıb.

Qeyd edək ki, Gülən camaatına bağlı məşhur prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın istintaqa cəlb olunmamaq üçün Gürcüstan üzərindən Ermənistana qaçdığı deyilir. Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi isə bu gün adıçəkilən şəxslərin onların ölkələrinə daxil olmadığını açıqlayıb.

Daha bir iddiaya görə adıçəkilən şəxslər Ukraynaya qaçıblar. Belə ki, 6 illik həbsə məhkum edildiyi üçün Gürcüstana qaçan Metro Holdinq idarə Heyətinin rəhbəri Qalib Öztürk “Twitter” hesabında “Zəkəriyyə Öz və Cəlal Kara səhər saat 05:00 uçuşu ilə Tiflisə, oradan isə Kiyevə qaçıblar” deyə yazıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm