Dünya
İŞİD-dən yeni cihad çağırışı: “İstanbulu fəth edin” - VİDEO
İŞİD terror qruplaşması növbəti dəfə Türkiyəni təhdid edib. Amma sonuncu təhdid əvvəlkilərdən daha sərt şəkildə səsləndirilib və konkret şəxslərin adları çəkilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror qruplaşması internetdə yerləşdirdiyi sonuncu videomüraciətində Türkiyədəki insanları cihada və İstanbulu fəth etməyə çağırıb.
Videoda danışan “əmir” isə ötən il Türkiyədən İŞİD-ə qatılıb. İŞİD üzvünün türk dilində danışdığı və video üçün peşəkar çəkiliş texnikasından istifadə olunduğu diqqət çəkir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün təhqiramiz ifadələrin yer aldığı videoda Mustafa Kamal Atatürk də tənqid olunur və Ankaranın ABŞ liderliyindəki koalisiyaya qatılması pislənilir: “Dünyəvi Kamal Atatürk gəldi, dinlərin inkar edilməsi və dünyəvilik üçün təbliğat apardı. Daha sonra xain Ərdoğan gələrək Allahın şəriəti ilə idarə etmədi, Amerika, yəhudilər, xaçpərəstlər və ateist PKK-çılarla dost oldu. Ərdoğan Türkiyəni irqçi PKK-çılara və xaçpərəstlərə satdı. Sizi xaçpərəst Amerikaya kölə edərək bütün dəyərlərinizi satdı”.
Türkiyə xalqına səslənən İŞİD “əmİri” nitqinə bu şəkildə davam edir: “Ey Türkiyə xalqı, vaxt keçmədən bu ateistlərə , xaçpərəstlərə və siz aldadıb xaçpərəstlərə kölə edən insanlara qarşı qiyam qaldırıb onlarla döyüşə başlamalısınız. Allah yolunda cihad edin və ölüləriniz Allah qatında şəhid olsun, ölüləriniz ateistlər və xaçpərəstlərlə birlikdə atəşdə yanmasın”.
Videoda həmçinin İŞİD-in Türkiyədəki üzvlərinə “İstanbulu fəth edin” çağırışı edilib. “Gecə-gündüz xaçpərəstlərə təslim edilməsi üçün mübarizə aparılan İstanbulu fəth edək. Xilafətə yardım etməyə tələsin”, - İŞİD “əmiri” videomüraciətdə deyib.
Ömər Dağlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri