Milyarderləri çökdürən bir həftə: kim itirdi, kim qazandı? – SİYAHI
Bizi izləyin

Dünya

Milyarderləri çökdürən bir həftə: kim itirdi, kim qazandı? – SİYAHI

Dünyanın 400 ən zəngin insanı dünya fond birjalarındakı böhrana görə bu həftə 182 milyard dollar itiriblər.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi bildirir.

Agentlik qeyd edir ki, ən çox zərər çəkən “Berkshire Hathaway” investisiya şirkətinin icraçı direktoru Uorren Buffettdir. Onun sərvəti 3,6 milyard dollar azalıb. “Bloomberg” bildirir ki, Buffet 63,4 milyard dollarlıq sərvəti ilə planetin ən zəngin insanları arasında üçüncü yeri tutur. Maliyə itkisi ABŞ-ın “Standard & Poor's 500 Index” və “Dow Jones” fond birjalarında birja indekslərinin aşağı düşməsi fonunda olub.

Energetika sahəsində bizneslə məşğul olan sahibkarlar neft qiymətlərinin düşməsi nəticəsində 15,2 milyard dollar itiriblər. “Continental Resources Inc” şirkətinin rəhbəri Harold Xamm bu həftə 895 milyon dollar itirib.

“Glencore” şirkətinin icraçı direktoru Ayvan Qlazenberq son həftə ərzində 237 milyon dollar itirib. Agentlik yazır ki, Qlazenberqin sərvəti 2015-ci ildə 40 faiz - 3,1 milyard dollara qədər azalıb.

Çinin 26 ən zəngin sakini isə son bir həftə ərzində 18,8 milyard dollar itirib. Onlardan “Dalian Wanda Group”un prezidenti Van Szyanlin hamıdan çox - 3,5 milyard dollar zərərlə üzləşib.

Ancaq “Bloomberg” qeyd edir ki, dünya maliyyə bazarlarında böhrana baxmayaraq, 11 milyarder vəziyyətini yaxşılaşdıra bilir. Maliyyə böhranından ən çox qazanan “Sun Pharmaceuticals” şirkətinin banisi Dilipu Şanqvi olub. Onun kapitalı 467 milyon dollar artaraq 18,9 milyard dollar təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm