Dünya
Almaniyada qaçqınlar əleyhinə keçirilən aksiyada 31 polis yaralanıb
Almaniyanın Xaydenau şəhərində ötən gecə qaçqınların qəbul edilməsi əleyhinə keçirən aksiya iğtişaşla nəticələnib. Hüquq mühafizə orqanlarının nümayəndəsinin bildirdiyinə görə, 31 polis əməkdaşı zərər çəkib.
Qaçqınlar üçün yaradılmış sığınacağa aralarında ultrasağ ekstremistlərin də olduğu minə yaxın insan toplaşıb. Qanun keşikçiləri nümayişçilərin ilk qaçqınları gətirən avtobusun keçməli olduğu küçəni bağlamaq cəhdinə mane olarkən onlara daş, butulka və pirotexniki vasitələr atılıb.
İctimai asayişi hüquq mühafizə orqanlarının ümumilikdə 136 əməkdaşı qoruyub. Qaçqınları gətirən ilk avtobus sığınacağa gecə gətirilib və onlar burada polisin mühafizəsi altında yerləşə biliblər.
Bu gün axşam isə Xaydenauda Almaniyada sığınacaq axtaran insanlara dəstək aksiyası keçiriləcək.
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?