Çinliləri donuz əti ilə bişirib yeyiblər – ŞOK SƏNƏD
Bizi izləyin

Dünya

Çinliləri donuz əti ilə bişirib yeyiblər – ŞOK SƏNƏD

Çin Arxiv İdarəsinin (SAA) açıqladığı sənədlər II Dünya Müharibəsi dövründə baş verənlərlə əlaqədar qorxunc detalları ortaya qoyub.

Publika.az SAA-nın cümə axşamı dərc etdiyi sənədlərdə müharibə cinayətkarı yaponiyalı Kunihiro Nakaonun II Dünya Müharibəsində Çin vətəndaşlarını bişirib yediklərini etiraf etdiyi qeyd edilib.

Nakao etiraf edib ki, 1942-ci ildə öldürdükləri 2 çinlini donuz və toyuq əti, balıq və tərəvəzlərlə bişirdikdən sonra 40 nəfərlik qrupla yeyiblər. Sənədlərə görə, 1944-cü ildə öldürülən 2 çinlidən birinin başı kəsilib və bədəni hissələrə parçalanaraq bişirilib.

SAA sənədləri İngilis və Çin dilində dərc edəcək. Yaponiya isə qətliamın miqyasının böyük olmadığını iddia edir və Çindən üzr istəməyi rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm