Türkiyənin bu uğuru ABŞ mətbuatında: addım-addım super gücə çevrilir
Bizi izləyin

Dünya

Türkiyənin bu uğuru ABŞ mətbuatında: addım-addım super gücə çevrilir

Təhlükəsizlik eksperti Abdullah Ağar ABŞ mətbuatının Türkiyə ilə bağlı təhlilini dəyərləndirib.

Publika.az xəbər verir ki, “The National Interest” Türkiyənin dəniz gücünü artırdığı ilə bağlı təhlil dərc edib. Məqalədə Türkiyənin növbəti super dövlət olacağı bildirilib.

Türkiyənin xüsusilə TCG Anadolu ilə əldə etdiyi nailiyyətləri izah edən Ağar, texniki inkişaflar fonunda Ankaranın addım-addım super gücə çevrildiyini açıqlayıb.

“National Interest”in sözügedən məqaləsində yazılıb: “NATO müttəfiqi olan Türkiyə təyyarədaşıyan gəmi istifadə edəcək ən son ölkə ola bilər. Çoxməqsədli amfibiya hücum gəmisi TCG Anadolu Türkiyə Hərbi Dəniz Qüvvələrinə qatıldıqdan sonra Türkiyə ikinci təyyarə gəmisini inkişaf etdirərək dəniz imkanlarını artırır.

İkinci təyyarədaşıyan gəmi ilə bağlı təfərrüat ortaya çıxmağa başlayıb. Türklər onun layihə və tikintisində xarici ölkədən heç bir dəstək olmayacağını açıqladılar. Tamamilə yerli olaraq layihələndiriləcək və inşa ediləcək yeni təyyarədaşıyan gəmi Türkiyənin dəniz quruculuğunda özünə inamını artırmağı hədəfləyir.

Pilotlu və pilotsuz uçuş aparatlarının qarışığını dəstəkləmək üçün nəzərdə tutulan təyyarədaşıyıcının əhəmiyyətli bir hava qanad tutumuna malik olacağı və qabaqcıl müdafiə sistemləri ilə təchiz edilməsi Türkiyənin dəniz gücünü və imkanlarını artırmaq əzmini vurğulayır”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm