Dünya
Minlərlə miqrant Avropa ölkələrinə doğru hərəkət edir
Makedoniya polisinin müqavimətinə baxmayaraq, avqustun 22-də azı minlərlə miqrant Yunanstandan Makedoniyaya keçməyə müvəffəq olub. Məlumata görə Makedoniya-Yunanıstan sərhədində yaranmış qarışıqlıqda bir neçə nəfər xəsarət alıb. Buraya daha çox Suriyadan olan və məqsədi sığınacaq almaq üçün Avropa İttifaqı ölkələrinə getmək olan minlərlə miqrant və qaçqın toplaşıb.
Bundan öncə Makedoniya polisi məlumat yaymışdı ki, sərhəddəki vəziyyət nəzarət altında saxlanır və yalnız bir qrup miqranta, xüsusilə əliuşaqlılara sərhədi keçmək imkanı verilib.
300 miqrantı daşıyan birinci qatar Makedoniyanın Gevgelija şəhərini avqustun 22-i səhər saatlarında tərk edib və Serbiya ilə sərhəddə yerləşən Tabanovce kəndinə gedib. Bundan sonra qaçqın və miqrant axınının həddən artıq çox olduğunu görən Makedoniya polisi sərhədi bağlayıb.
BMT Makedoniya polisinin qaçqın və miqrantlara qarşı güc tətbiq etməsindən narahat olduğunu bildirib.
Makedoniya Suriya, Əfqanıstan və Şimalı Afrikanı tərk edən qaçqın və miqrantlar üçün başlıca tranzit ölkədir.
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək