Dünya
Suruc hücumunu Türkiyənin özü təşkil edib – ŞOK İDDİA
Qərb ilə əldə etdiyi nüvə razılaşmasından sonra “özünəinam partlayışı” yaşayan İran Türkiyəyə qarşı mövqeyini sərtləşdirib.
Publika.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Vaşinqtondan dəstək alan Tehran Ankaraya qarşı təhdid xarakterli mövqeyini daha açıq şəkildə biruzə verir.
İranın Suriyanın şimalındakı kürd kantonları və PKK terror təşkilatını müdafiə etdiyini yazan “Akşam” Türkiyənin Şimali İraqdakı təsirini aradan qaldırmaq üçün anti-Barzani siyasəti həyata keçirdiyini qeyd edib. Türkiyə nəşri hesab edir ki, Tehranın Ankaraya qarşı mövqeyi rəsmi xəbər agentliyi İRNA-da gedən analizdə də özünü açıq şəkldə göstərir.
Analizə görə, Yaxın Şərqin tək lider ölkəsi İrandır. İddiaya görə, Türkiyə Səudiyyə Ərəbistanından belə dəstək ala bilməyəcək, çünki Səudiyyənin başı Yəmənə qarışıb. Bildirilir ki, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı birlikdə İrana rəqib olmağa çalışsa da, bu cəhd əbəsdir. Qeyd edilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbədənkənar seçkilər keçirməsi də ona fayda verməyəcək.
“Kürd olmayan millətçilər belə ona dəstək verməyəcək. Nəticədə, Türkiyə Suriyada da hökuməti devirə bilməyəcək və əsla Yaxın Şərqdə əhəmiyyətli rol oynaya bilməyəcək”, - İRNA agentliyi yazıb.
Analizə görə, 30-dan çox insanın ölümü ilə nəticələnən Suruc hücumu İŞİD terror qruplaşması tərəfindən həyata keçirilməyib. Ankaranın bu hücumu Suriyanın daxili işlərinə qarışmaq üçün özünün təşkil etdiyi iddia olunur. Ankaranın İncirlik hava bazasını İŞİD-lə deyil, PKK ilə mübarizə üçün ABŞ təyyarələri üçün açdığı bildirilib.
Ömər Dağlı
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…