Dünya
ABŞ Çinə qarşı sanksiyalar paketini hazırlayır
ABŞ prezidenti Barak Obama administrasiyası Amerika təşkilatlarının məlumat bazalarına haker hücumlarına cəlb olunan Çin şirkətlərinə qarşı iqtisadi sanksiyaları hazırlamağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti bildirib.
Nəşrin yazdığına görə, sanksiyaların yaxın iki həftə ərzində qəbulu gözlənilir.
“Sanksiyaların tətbiqi Çin hakerlərinin artan hücum dalğasına ABŞ Dövlət Administrasiyası tərəfindən ciddi cavab olacaq. Rəsmi şəxslərin məlumatına görə, çinli hakerlər energetika şirkətlərinin məlumatlarından atom elektrostansiyalarının məxfi layihələrinə qədər hər şeyi oğurlayırlar”, - qəzet yazır.
Materialda deyilir ki, sanksiyaların tətbiqi dünyanın iki ən böyük iqtisadiyyatına malik ölkə arasında münasibətləri daha da gərginləşdirə bilər.
Qeyd edək ki, ABŞ Çin və Rusiyanı dəfələrlə əsas kibertəhlükə adlandırıb. Hələ 2011-ci ilin noyabrında Milli Əks-kəşfiyyat İdarəsi məruzəsində ABŞ Konqresinə bildirib ki, iki ölkədən olan hakerlər müdafiə və iqtisadi informasiyaların saxlanıldığı serverlərə daxil olmağa çalışırlar. Çin isə Vaşinqtonun ittihamlarını rədd edib və Çinin internet məkanında Amerika hakerlərinin aktiv olduğunu iddia edib.
Ömər Dağlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq