Dünya
Hindlilər ayağa qalxdı: 150 milyonluq aksiya
Hindistanın bütün ərazisində keçirilən bir günlük ümummilli tətildə azı 150 milyon insan iştirak edib. Bu barədə ölkənin ən böyük 10 həmkarlar ittifaqının keçirdiyi aksiyanın təşkilat komitəsindən bildiriblər.
Aksiyaya bank sahəsinin, sənaye, tikinti, dağ-mədən və kənd təsərrüfatı sektorunun işçiləri qatılıb.
Əməkdaşların gündəlik vəzifələrinin icrasından imtina etməsi bank sektorunun iflicinə gətirib çıxarıb, tikinti işləri və şəhər nəqliyyatının fəaliyyəti dayanıb, mağazaların çoxu bağlanıb.
Kütləvi etirazlara əmək barədə əsas qanunlara riayət etməyi və tariflərə yenidən baxmağı tələb edən həmkarlar ittifaqlarının hökumətlə apardığı danışıqlarının nəticəsiz qalması səbəb olub.
Təşkilatçılar hökumətin 12 bənddən ibarət tələblər paketinə müsbət münasibət bildirməyəcəyi təqdirdə müddətsiz tətillərə başlayacaqlarını bildiriblər. Tələblərə, həmçinin qiymətlərin və işsizliyin artmasını dayandırmaq, iş şəraitini yaxşılaşdırmaq, minimum əməkhaqlarının ayda 15 min rupiyə (230 dollar) qaldırmaq və pensiyaları artırmaq da daxildir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu