Dünya
Kamerondan Kataloniyaya xəbərdarlıq: “İspaniyanın tərkibindən çıxsa...”
Kataloniya İspaniyanın tərkibindən çıxacağı halda, avtomatik olaraq Avropa Birliyindən kənarda qalacaq və quruma üzv olmaq üçün növbəyə durmalı olacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu xəbərdarlığı Böyük Britaniyanın baş naziri Devid Kameron ispan həmkarı Mariano Raxoemlə birgə mətbuat konfransında səsləndirib.
“Şotlandiya referendumu zamanı cavab aydın idi: əgər dövlətin bir hissəsi dövlətdən ayrılırsa, o artıq Avropa Birliyinin hissəsi deyil və digər ölkə-namizədlərlə birlikdə növbəyə durmalıdır. Avropa Komissiyası və istənilən ekspertin mövqeyi də belədir”, - Britaniyanın baş naziri vurğulayıb.
Daha əvvəl Katalon Milli Məclisinin (ANC) prezidenti Jordi Sançes bildirib ki, müstəqillik olacağı halda Kataloniya Avropa Birliyinin üzvü olmaqda davam edəcək və avrodan imtina etməyəcək.
Qeyd edək ki, ANC Kataloniyanın İspaniyadan ayrılmasını fəal şəkildə dəstəkləyən təşkilatdır.
Ömər Dağlı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi