Dünya
İşğalçı rejimdən müharibə ssenarisi: İrəvan Qarabağdakı ermənilər üçün düşərgə qurdu
Ermənistan paytaxtı İrəvanın şəhərətrafında qaçqınlar üçün düşərgə ortaya çıxıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, qaçqın düşərgəsi hərbi təlimlərin ssenarisinə daxildir.
Qeyd edək ki, İrəvanın “Nubaraşen” poliqonunun ərazisində iki gün əvvəl “İldırım-2015” kod adı altında komanda-qərargah təlimləri başlayıb. Təlimlərin başlaması qəfil xarakter daşıyıb və əhali arasında təşviş yaradıb. Ermənistanın Azərbaycanla sərhəd rayonlarından əhalinin kütləvi evakuasiyasına hazırlıq başladığından ermənilər irimiqyaslı müharibənin yaxınlaşmasından qorxuya düşüblər.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan əhalini sakitləşdirmək üçün kütləvi evakuasiya hazırlıqlarının bu gün başlayan hərbi təlimlərin ssenarisinə daxil olduğunu açıqlayıb. Ovanisyan deyib ki, hərbi təlimlər “planlaşdırılmış” xarakter daşıyır və sentyabrın 6-na qədər davam edəcək.
“KİV-lərdə sərhədyanı bölgələrdən əhalinin kütləvi evakuasiyasına hazırlıq getdiyinə dair xəbərlər doğrudur, Ancaq bu, təlimlərin bir elementidir”, - Ovanisyan deyib.
Ermənistan Müdafiə Nazirliyi rəsmisinin bildirdiyinə görə, bu məqsədlə Tavuş vilayətində müvafiq böyük təlim bazası yaradılacaq, gecələmək üçün xüsusi zonalar ayrılacaq və evakuasiya zonaları müəyyən ediləcək.
Təlimlərin ssenarisinə görə, düşərgə həyatı “başqa dövlət”in (Dağlıq Qarabağdakı qondarma rejim nəzərdə tutulur – Ö.D.) sağlamlığına təhlükə olan sakinləri üçün nəzərdə tutulub. Ermənistan Miqrasiya Xidmətinin nümayəndəsi Petros Aqababyan jurnalistlərə açıqlamasında bildirib ki, ölkə qanunvericiliyinə əsasən, öz “ölkə”sində həyatına təhlükələr yaranan qaçqınlara müvəqqəti sığınacaq verilir.
Ömər Dağlı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü