Dünya
Belarus sərhədlərində NATO-nun kəşfiyyat fəallığı artıb
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO ölkələrinin Belarus sərhədlərinə yaxın ərazilərdə kəşfiyyat fəallığını müşahidə edir”.Publika.Az –ın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri KTMT-nin baş katibi Nikolay Bordyuja bildirib.
“Biz Belarus sərhədlərinə yaxın ərazilərdə NATO-nin aviasiya qruplaşmasının güclənməsinə laqeyd qala bilmərik”, - KTMT-nin baş katibi deyib. Dünən isə Belorus prezidenti Aleksandr Lukaşenko NATO-nun fəallığı ilə əlaqədar olaraq ölkənin Qərb sərhədlərində daha 15 hərbi təyyarənin yerləşdirilməsi barədə Rusiyaya müraciət etmək niyyətində olduğunu söyləyib.
KTMT rəhbərliyinin narahatlığı isə təsadüfi deyil. Bir neçə gün əvvəl Pentaqondakı anonim mənbə “Röyters” informasiya agentliyinə ABŞ Müdafiə Nazirliyinin Baltikyanı respublikalarda qırıcı təyyərələrin sayınınn artırılması barədə qərar qəbul etdiyini bildirib.
Mənbənin məlumatına görə, ABŞ regionda “Amerikanın missiyasının möhkəmləndirilməsi” üçün bir yanacaq dolduran “KC-135” təyyarəsi və 6 “F-16 Eagle” qırıcısı göndərəcək. Hazırda ABŞ-ın 4 “F-15” qırıcısı Estoniya, Litva və Latviyanın hava sahəsini qoruyur.
Bundan başqa Pentaqonun Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr keçirdiyi bildirilir. Polşa ərazisində hazırda ABŞ-ın 10 qırıcısı var. Böyük Britaniya isə Litvanın Şaulyay hava bazasına hərbi təyyarələr göndərəcək.
Ömər Dağlı
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?