Dünya
Rusiya Ermənistandakı yerini yunanlara verdi – Müəmmalı gediş
Rusiya “Ermənistan Elektrik Şəbəkəsi” (ESA) şirkətinin 100 faiz səhmini satır.
Publika.az xəbər verir ki, ESA-nı yunan Kiprinə məxsus “Liormand
Holdings Limited” şirkəti alır. Ermənistan baş naziri Ovik Abramyan
hökumətin iclasında yeni şirkətin fəaliyyətinin qanunlara
uğyunlaşdırılması tapşırığını verib.
Qeyd edək ki, bu ilin iyununda Ermənistanda ESA elektrik
enerjisinin qiymətlərini 40 faiz qaldırıb. Bundan sonra İrəvanda
“elektromaydan” adlanan etiraz aksiyaları başlayıb. Aksiyada
Moskvaya bağlı hökumətlə yanaşı, ESA-nın məxsus olduğu Rusiya
dövlətinə də ciddi etirazlar bildirilib. Daha sonra rəsmi İrəvan
Moskvadan bir sıra güzəştlər almaq qarşılığında etirazları
yatırmışdı.
Rusiyanın Ermənistanda ən böyük gəlir mənbələrindən olan şirkətdən imtina etməsi suallar yaradır.
Ermənistanın “news.am” saytı iddia edib ki, “Liormand Holdings Limited” ofşor şirkətidir. İddia var ki, bu ofşor şirkət Rusiyanın özünə məxsusdur və Moskva ermənilərin elektrik enerjisini başqa ad altında təmin edəcək.
Asif Nərimanlı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü