Dünya
Əsədin Dəməşqdəki gizli evi
Dörd ildən çoxdur ki, qanlı döyüşlərin davam etdiyi Suriyanın dövlət başçısı Bəşər Əsədin qaldığı evin harada olması böyük maraq doğurur.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin evi olduqca gizli saxlanılır.
Bəşər Əsəd bu həftənin əvvəlində bir qrup rus jurnalistlə paytaxt Dəməşqdə görüşmüşdü. Həmin heyətdə yer alan Kobyakov həm görüşün detalları, həm də Əsədlə bağlı müşahidələrini qələmə alıb. Paytaxtın bəzi bölgələrinin təhlükəsizlik baxımından etibarlı olmadığını qeyd edən Kobyakov Əsədin şəhərdə çox gizli şəkildə hərəkət etdiyini, buna görə də müsahibəni prezident sarayında deyil, mülki vətəndaşların yaşadığı ərazidəki bir evdə verdiyini yazıb.
Kobyakovun yazdığına görə, XX əsrin əvvəlindəki fransız üslubunda tikilən evin ətrafında iqamətgahlar var və ətrafındakı şosedə avtomobillər heç bir məhdudiyyət olmadan rahat şəkildə hərəkət edirlər. Ancaq Kobyakov qeyd edib ki, müsahibədən əvvəl onlardan kameralı telefonlar alınıb və internetdə belə heç bir şəkli olmayan evin fotoşəklinin çəkilməməsini istəyiblər.
Kobyakov evə daxil olanda heç bir mühafizəçi görmədiklərini qeyd edib. Onun sözlərinə görə, bu rusiyalı jurnalistlərə olan yüksək etibarın, ya da mühafizəçilərin yüksək peşəkarlığının göstərici kimi qəbul edilə bilər.
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi