Dünya
Putin Netanyahuya söz verdi
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezident Vladimir Putinlə görüşüb.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, siyasətçilərin görüşündə Yaxın Şərqdəki vəziyyət və Rusiyanın Suriya rejiminə hərbi dəstəyi müzakirə edilib.
İsrailin baş naziri qeyd edib ki, Suriya rəhbərliyi İranın dəstəyi ilə Colan təpələrində İsrailə qarşı “ikinci cəbhə”ni yaratmağa cəhd göstərir və “Hizbullah” radikal qruplaşmasını müasir silahlarla təchiz edir.
Rusiya lideri vurğulayıb ki, İsrail rəhbərliyinin narahatlığını anlayır. Amma Suriya ordusu “ikinci cəbhə”ni aça biləcək vəziyyətdə deyil. O, Suriyanın qarşısında duran əsas məsələnin İsrailə qarşı “ikinci cəbhə” açmaq deyil, şəxsi dövlət quruluşunu saxlamaq olduğunu dilə gətirib. İsraillə Rusiyanın münasibətlərinə toxunan Putin ölkəsinin Yaxın Şərqdəki siyasətinin İsrail üçün təhlükə yaratmayacağını söyləyib.
Netanyahu isə Suriyaya göndərilən silahların “Hizbullah”ın əlinə keçməməli olduğunu qeyd edib.
Ömər Dağlı
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO