Dünya
Moskvaya qarşı cəbhə genişlənir: veto hüququ alınır
“ABŞ hesab edir ki, Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməkdə davam edəcəyi halda, Təhlükəsizlik Şurasının uzunmüddətli qanunauyğunluğu üçün risk yaranacaq”.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşrinin əməkdaşları Culian Bordjer və Basten İnzaurrald yazıb.
“Hazırda BMT Təhlükəsizlik Şurası böhran keçirir. Onun üzvləri Suriyada qan tökülməsinin dayandırılması üçün razılaşa bilmədilər. Rusiya Suriya qətnamələri üzrə veto hüququndan dörd dəfə istifadə edib. Moskvanın fikrincə, bu qətnamələr onun müttəfiqi olan Bəşər Əsəd rejiminə zərər vura bilərdi. Rusiya həmçinin Ukrayna ilə bağlı qətnamələrin qəbuluna mane olurdu. Çünki Rusiya burada münaqişə tərəfidir, Krımı zəbt edib və şərqi Ukraynada separatçılara dəstək olaraq gizli hərbi kampaniya aparır”, - məqalədə deyilir.
Jurnalistlər xatırladır ki, Ukrayna prezidenti Pyotr Poroşenko da bir müddət əvvəl Rusiyanın veto hüququnun alınması barədə təkliflə çıxış edib.
BMT Təhlükəsizlik Şurasının fəaliyyəti yalnız Suriya və Ukrayna məsələlərinə görə tənqid edilmir. Sual qoyulur ki, Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququna malik olması nə dərəcədə ədalətlidir.
Nəşrin fikrincə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri İkinci Dünya Müharibəsindən sonra yaranan geostrateji vəziyyətə görə təyin edilib. Bu gün isə Təhlükəsizlik Şurasının strukturu əhali və iqtisadi gücün qlobal bölgüsünə görə qeyri-adekvatdır.
Hindistan, Braziliya, Almaniya və Yaponiya 10 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq üçün sifariş verib. Onlar həmçinin bu ideyanı bəyənirlər ki, Afrika daimi üzv statusu almalıdır.
Fransa və Böyük Britaniya yeni daimi üzvlərin qəbulunu dəstəkləyir.
ABŞ və Rusiya isə ehtiyat edirlər ki, Təhlükəsizlik Şurasının genişlənməsi onun effektivliyinə pis təsir edə bilər.
Çin də aktiv dəyişikliklərə qarşıdır. “The Guardian” nəşrinin əməkdaşları yazır ki, Pekin xüsusən Yaponiyanın daimi üzvlüyünə qarşıdır.
Ömər Dağlı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü