Dünya
Merkel nüfuzdan düşür
Almaniya kansleri Angela Merkel seçildiyi müddətdən bəri ilk dəfə populyarlığını itirməyə başlayıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, belə bir rəy “ZDF” telekanalı tərəfindən aparılan ictimai sorğunun nəticəsində formalaşıb. Əhali arasında keçirilən sorğuya hökumətdə təmsil olunan dörd siyasətçinin adı daxil edilib.
Rəyi soruşulanların 67 faizi hazırki xarici işlər naziri Frank-Valter Ştaynmayerə daha çox rəğbət bəslədiyini bildirib. İkinci sırada 65 faiz səslə maliyyə naziri Volfqanq Şoyble qərarlaşıb. Yoahim Qauk 64 faizlə üçüncü, kansler Angela Merkel isə 63 faizlə dördüncü yeri tutub.
Ekspertlərin qənaətinə görə, əhali arasında Almaniya kanslerinə rəğbətin azalmasında başlıca amil Yaxın Şərq qaçqınları ilə bağlı yürütdüyü effektsiz miqrasiya və sərhəd nəzarətinin sərtləşdirilməsi siyasəti hesab edilir. İctimaiyyətin fikrincə, A.Merkel açıq sərhəd prinsipini pozmaqla, sonda Şengen sazişinin qüvvədən düşməsinin səbəbkarı olacaq.
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO