Dünya
İŞİD Hindistana hücuma hazırlaşır
Hindistan kəşfiyyatı Nyu-Dehli və Radjastan ştatlarının polisinə İŞİD terror qruplaşması tərəfindən hazırlanan terror aktları haqqında xəbərdarlıq edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Times of India” qəzeti bildirib.
Hindistan kəşfiyyatına görə, mümkün hücumlar payız mövsümündə planlaşdırılır. Həmin vaxt ölkədə bir sıra hindu bayramları qeyd edilir. Terror aktı bir və ya iki-üç terrorçudan ibarət qruplar tərəfindən həyata keçirilə bilər.
Eyni zamanda IANS agentliyinin məlumatına görə, İŞİD ölkənin şimali-şərqində yerləşən Assam ştatında fəallaşıb.
“Assamda İŞİD-ə qoşulan kimsəni görməmişik. Amma ştatda qruplaşmaya böyük maraq müşahidə edilir. Çoxları İŞİD-in saytlarına daxil olur”, - ştatın polis rəisi Kxaqen Sarma mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İŞİD-ə maraq həmçinin Kəşmir və Andxra-Pradeş ştatlarında böyükdür.
“Times of India” nəşrinin yazdığına görə, hazırda İŞİD-in sıralarında 17 hindlinin vuruşduğu məlumdur.
Ömər Dağlı
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü