Dünya
Kadırovdan Suriya ilə bağlı təklif

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Suriyaya Rusiya quru qoşunlarının göndərilməsini təklif edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Kadırov bu barədə jurnalistlərə açıqlamasında deyib.
Onun fikrincə, Yaxın Şərqdə İŞİD-lə mübarizə üçün yalnız hava gücləri deyil, həm də quru qoşunları cəlb edilməlidir. “Döyüşlərdə quru qoşunlarından istifadə olunmalıdır. İŞİD-i nə qədər sürətlə bitirsək, dünya daha tez sülh şəraitində yaşayacaq”, - Çeçenistan Respublikasının başçısı vurğulayıb.
Kadırov deyib ki, Çeçenistanda İŞİD-ə qarşı vuruşmaq istəyən on minlərlə könüllü var: “Biz çeçenlərin təəssüf ki, bu şeytanlara qarşı mübarizədə iştirak etmək imkanları hələlik yoxdur”.
Qeyd edək ki, Rusiya Federasiya Şurası bu gün Rusiya hava güclərinə Suriyada anti-terror əməliyyatlarında iştirak etməyə icazə verib. Son məlumatlara görə, Rusiya Suriyanın Xüms şəhərinin yaxınlığında ilk zərbələrini endirib.
Ömər Dağlı

-
Cənubi Qafqaz19:12
Ermənistanın müdafiə naziri Rusiyaya getdi
-
Sağlamlıq15:01
Gülşən səhnəyə elə geyimdə çıxdı ki... - FOTO
-
ABŞ12:14
NATO-nun ABŞ-a etdiyi bu çağırış Rusiyanı HƏRƏKƏTƏ GƏTİRDİ
-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Digər11:37
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ