Dünya
Türkiyə bu bölgəni işğal edəcək – İDDİA
PYD-nin silahlı qanadı YPG Türkiyə ilə sərhəd Cerablus bölgəsini işğal etməyə hazırlaşır. İŞİD-ə qoşulmaq üçün istifadə olunan yeganə məntəqə kürdlərin əlinə keçərsə, İŞİD-in xariclə əlaqəsi tamamilə kəsiləcək.
Axar.az xəbər verir ki, kürdlərin Cerablusu tutması Türkiyənin maraqlarına uyğun gəlmədiyi üçün bölgə Ankara tərəfindən nəzarətə götürülə bilər.
“İndependent” qəzetinin tanınmış yazarı Patrik Kokbörn yazdığı məqalədə bu nüansa toxunaraq suriyalı kürdlərin böyük əraziyə nəzarət etdiyini bildirib:
“Kürd liderlər Cerablusdakı son keçid xəttini bu ilin sonuna qədər ələ keçirəcəklərini və beləcə, İŞİD-in dünya ilə əlaqəsini kəsəcəklərini söyləyir. Kobani, Haseki və Tel Abyadda bu il İŞİD-ə qarşı mühüm uğurlar əldə edildi. Bu, keçmişdə İŞİD-ə dəstək verməkdə şübhəli bilinən Türkiyə tərəfindən hiddətlə qarşılandı. Türkiyənin Suriya ilə sərhədi 550 mil (təxminən 900 km) uzunluqdadır. Sərhədində PKK tərəfindən idarə edilən, yaxşı silahlanmış və ABŞ ilə hərbi ittifaqda olan bir rəhbərliyin yaranması təbii ki, Ankaraya lazım deyil. Buna görə də kürdlər İŞİD-i məğlub etsə belə, Türkiyə Cerablusu təslim etməyəcək”.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?