Dünya
CHP lideri: “Davudoğluya o iki nazirin istefa verməli olduğunu bildirdim”

Ankaradakı son terror aktı ilə əlaqədar Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşən Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu mətbuat konfransı keçirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP sədri daxili işlər və ədliyyə nazirinin vəzifəsindən ayrılmalı olduğunu söyləyib.
“Ədliyyə və daxili işlər nazirləri bu xalqa, ölən insanlara, onların ailələrinə hörmət göstərirlərsə, vəzifələrindən getməlidir. Davudoğluya daxili işlər nazirinin mütləq istefa verməli olduğunu bildirdim. Cəmiyyət faciəni yaşayır, ədliyyə naziri gülümsəyir. O, nazir kreslosunda otura bilməz”, - Kılıçdaroğlu bildirib.
CHP liderinin sözlərinə görə, Əhməd Davudoğlu terror aktının iki kamikadze tərəfindən törədildiyini və həri ikisinin də kişi olduğunu deyib.
Ömər Dağlı

-
Dünya16:03
Ərdoğanla Zelenski arasında görüş başladı
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu
-
Hadisə13:41
“Qalaaltı” yaxınlığında meşə yanğını söndürüldü - FHN
-
Nida Xəbər 13:28
Tokayev Azərbaycana gələcək
-
Nida Xəbər 13:04
İsti hava davam edəcək - RƏSMİ