Dünya
Tiflisin Bakıya “qaz şantajı”nda yeni faktlar
Gürcüstan hökumətinin rəsmi Bakıya qarşı oynadığı “qaz
şantajı” oyununun yeni detalları bəlli olub.
Publika.az xəbər verir ki, bu ölkənin energetika
naziri Kaxe Kaladze Rusiya və İran qazı hesabına enerji təminatını
şaxələndirmək üçün danışıqlar apardıqlarını deyib. Bu, faktiki
olaraq, Azərbaycanın Gürcüstandakı maraqlarına və qoyduğu kapitala
təhlükədir. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Bakıya
qəfil səfər etməsinə səbəbi də Tiflisin Bakının könlünü almaq
olduğu deyilir. Prezident İlham Əliyevin noyabrın 6-da Gürcüstana
planlaşdırılan səfərinin də bu məsələ ilə bağlı olduğu ehtimallar
arasındadır.
Gürcü ekspert Pyotr Mamradze hesab edir ki, rəsmi Tiflis “Qazprom”u
ölkəyə gətirməklə bağlı açıqlamalar verməsi siyasi gedişdir:
“Hazırda Gürcüstan iqtisadiyyatının zəiflədiyi bir vaxtda qaz
ödənişləri çətinləşib. Buna görə də Gürcüstan Rusiya və Azərbaycan
arasında qaz çatdırmalarını ortaya ataraq siyasi manevr edir.
Ortada güman ki, heç bir danışıq, yaxud çatdırmalar yoxdurş. Bu
sadəcə, xəyali bir oyundur”.
Gürcüstan mediası yazır ki, Tiflis bu gedişi ilə Bakı və Moskva
arasında oyun oynayır.
Moskvaya mesaj verməklə Ermənistana göndərilən qazdan
alınan tranzit haqqını çoxaltmaq istəyir.
Bakıya göndərilən mesajla isə Azərbaycan tərəfindən verilən
qazın qiymətlərinin aşağı salınmasına nail olmaq
istəyir.
“Bunun üçün İlham Əliyev-Qaribaşvili danışıqlarının
nəticələri haqda sonra danışmaq mümkün olacaq. Əgər Tiflis
“Qazprom”un xeyrinə seçim etmək haqda bəyanat verəcəksə, deməli,
Bakı qiymətdə endirim etmir. Əgər belə bəyanatlar olmasa, deməli,
Tiflis istədiyi qiyməti razılaşdırıb”, - deyə gürcü
mediası yazır.
Rusiyalı ekspert İvan Kapitonov isə bildirib ki, Rusiyanın
Gürcüstana qaz çatdırması ona sərf etmir: “Çünki Tiflis çox aşağı
qiymət istəyəcək. Əgər Gürcüstana qaz Mərkəzi Asiyaya satılan
qiymətə verilsə, o zaman Moskva uda bilər. Əks təqdirdə, bu, çətin
olacaq”.
Lakin o da məlumdur ki, Rusiya Gürcüstanın enerji bazarına daxil
olmaqla buradan iqtisadi divident yox, siyasi qazanc əldə etmək
istəyir. Bununla avtomatik olaraq Moskvanın Cənubi Qafqazda əlini
gücləndirə, həmçinin Ermənistanla quru əlaqəsi saxlamqda çətinlik
aradan qalxa bilər.
Asif Nərimanlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi