Avropa problemini həll etdi: Qaçqınlar Türkiyədə qalacaq
Bizi izləyin

Dünya

Avropa problemini həll etdi: Qaçqınlar Türkiyədə qalacaq

Çexiya Respublikasının rəhbərliyi Aİ dövlət başçılarının Belçikanın paytaxtında keçirilən görüşlərinin nəticələrindən razıdır. Cümə gününə keçən gecə Avropaya istiqamətlənmiş qaçqın axınının necə dayandırılması barədə plan hazırlanıb. Onları Türkiyə ərazisində saxlayacaqlar. Buna görə ölkə milyardlarla dollar alacaq.

Aİ-nın Avropaya qaçqın axını problemlərinin həllinə həsr edilmiş sammitinin iki gün – oktyabrın 15-16-da davam edəcəyi gözlənilirdi. Lakin Avropa İttifaqı ölkələrinin prezidentləri və baş nazirləri cümə axşamından cümə gününə keçən gecə xeyli məsləhətləşib plan hazırlamağa və onu qəbul etməyə müvəffəq olublar.

Bu barədə məlumatı jurnalistlərə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk gecəyarısı keçirilmiş mətbuat konfransında verib. O deyib: “Mən fikrimi ehtiyatlı optimizmlə söyləyərdim. Avropa İttifaqı ölkələrinin dövlət başçıları mühüm qərarlar qəbul etdilər, bu qərarlar Aİ-nin xarici sərhədlərini qorumağa kömək edəcək. Biz Aİ ilə Türkiyənin ümumi fəaliyyət planının qəbul edilməsini alqışlayırıq. Bu, bizə miqrasiya böhranını aradan qaldırmaqda kömək edəcək”.

Sammitin ikinci günü ləğv edilib, çünki qarşıya qoyulan məqsədə nail olunub. Lakin bununla bağlı konkret sənədlər hələ imzalanmayıb. Avropa Komissiyasının başçısı Jan-Klod Yunker deyib: “Bizim Türkiyə ilə əsas danışıqlarımızın məqsədi ondan ibarətdir ki, bu ölkənin ərazisində olan qaçqınlar orada da qalsınlar. İkinci məqsədimiz insan alveri ilə məşğul olan cinayətkar qruplara qarşı mübarizədir”.

Qaçqınları Türkiyə ərazisində saxlayacaqlar ki, ölkə buna görə Aİ-dən təxminən 3 milyard avro alacaq, yəni bu, Türkiyə hakimiyyət orqanlarının xahiş etdiyi “viza haqqıdır”. Bu rəqəm bir çox diplomatlar tərəfindən səsləndirilib və Avropa KİV-də dərc edilir. Jan-Klod Yunker bunu nə təsdiq, nə də inkar edir, təkcə onu deyir ki, hələlik fəaliyyət planı razılaşdırılıb, məbləği isə yaxın günlərdə təsdiq edəcəklər.

Güman edilir ki, Türkiyə qaçqınların qayğısına daha yaxşı qalacaq ki, onların Aİ-yə getmək meylləri olmasın. Lakin qaçqınlar Şengen ərazisinə keçsələr, onları “Frontex” sərhədlərin mühafizəsi agentliyi geri qaytara biləcək.

Aİ sammitinin qərarından razı qalan Çexiyanın Baş naziri Boquslav Sobotka deyib: “Əsas addım atıldı. Hamı dərk edir ki, söhbət qaçqınların Avropaya keçməsinin “Balkan yolu”ndan gedirsə, onda Türkiyə bu məsələdə həlledici rola malikdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm