Məktəb direktorunun hipnoz etdiyi tələbələr öldü
Bizi izləyin

Dünya

Məktəb direktorunun hipnoz etdiyi tələbələr öldü

Amerikada məktəb müdirinin hipnoz etdiyi 3 tələbə ölüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hipnoz zamanı ölən tələbələrin ailələrinə 200 min dollar təzminat ödənəcək.

Xəbərdə bildirilir ki, Sarasota şəhərində “North Port” liseyinin müdiri, hipnozla əlaqəsiylə tanınan Corc Kenney, narahat şagirdləri və idmançıları rahatlatmaq üçün hipnoz fəndlərindən istifadə edib.

Bir neçə dəfə şagirdləri psixologiya otağı xaricində hipnoz etməməsi üçün səlahiyyətlilər tərəfindən xəbərdarlıq olunsa da, Kenney hipnoz terapiyasına davam edib.

Valideynlər də əvvəllər uşaqların bu terapiyadan sonrakı uğurlarından razı qalıb. 2011-ci ildə hipnoz olunan tələbələrdən birinin ölümü ilə vəziyyət dəyişib. Belə ki, boş bir evdə ölü tapılan məktəbliyə bir gün öncə hipnoz terapiyasının tətbiq olunduğu ortaya çıxıb.

Sonra eyni məktəbdə 16 yaşlı daha bir şagird Corc Kennyin öyrətdiyi fəndlərlə özünü hipnoz edərək avtomobil qəzasında həyatını itirib. 17 yaşlı başqa bir məktəbli isə yenə hipnoz fəndləri sonrası özünü asaraq intihar edib.

Bu ölümlərdən sonra müəllim barəsində cinayət işi açılıb. Məhkəmə ölənlərin ailələrinə 200 min dollar təzminat ödənməsinə qərar verib.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm