Dünya
Türkmanlar torpaqlarını itirir: Ankaradan sonra ümid Londona qaldı

İraq türkmanları məruz qaldıqları hücumları dəf etmək üçün
beynəlxalq güclərdən dəstək axtarır.
Publika.az xəbər verir ki, İraq Türkman Cəbhəsinin lideri Böyük
Britaniya təmsilçisi Sündüs Abbasla birgə Londonda bu ölkənin Yaxın
Şərq işləri üzrə xüsusi nümayəndəsi Tobias Ellvoodla görüşüb.
E. Salihi bildirib ki, türkmanların problemləri və üzləşdikləri
çətinliklərlə bağlı ingilis nazirə məlumat verilib: “İraq daxilində
görülməli işlərdən, bütün insanları hədəfə alan İŞİD-dən danışdıq.
Demoqrafik quruluşu dəyişdirilən, torpaqları əlindən alınan İraq
türkmanlarına hər kəsin yardım etməsinin, o cümlədən İngiltərə
hökumətindən də dəstək gözlədiyimizi diqqətə çatdırdıq”.
E. Salihi ABŞ və Avropa ölkələri ilə də bu cür təmaslar
quracaqlarını qeyd edib: “İraqın qonşu ölkələri, həmçinin,
Türkiyəyə də üz tutacağıq. Türkiyə ilə bizim dostluğumuza heç kim
xələl gətirə bilməz. Bizim problemlərimizi ən yaxşı bilən ölkə də
Türkiyədir. Lakin təəssüf ki, hazırda İraq daxilində türkmanlar
üçün nə həlli variantı qalıb, nə də bunun üçün zaman. Buna görə də
hər qapını döymək məcburiyyətindəyəm. İraqdakı türkmanlar
assimilyasiya olunmaqdadır. Torpaqlarımızı itiririk. Türkmanların
gələcəyi təhlükə altındadır. Buna görə də İraq türkmanları olaraq
İngiltərə xarici işlər naziri nəzdində bir görüşün keçirilməsi
bizim üçün vacibdir”.
Türkman lider diqqətə çatdırıb ki, onlar problemlərin İraq
daxilində həll olunmasını çox istəyirlər: “Amma hazırki vəziyyət
qarışıqdır. Şiələr hökumətdən narazıdır, sünnilər torpaqlarını
itirirlər. Kürdlərin də problemləri var. Ən çox çətinlik çəkən isə
türkmanlardır. Biz və digər azlıqlar problemi xarici dünyaya
daşıyaraq həll yollarını düşünürük. İraq türkman xalqı üçün
beynəlxalq konfransın keçirilməsini gözləyirik. Bu konfransla İraq
türkman xalqının tapdalanan hüquqlarını bütün dünya görəcək. Bundan
başqa parlamentin türkman üzvləri ilə İngiltərə parlament üzvləri
arasında dostluq qrupunun yaradılması, həmçinin bu ölkənin siyasi
partiyaları ilə əlaqələrin qurulması üzərində işləyirik”.
Londonda səfərdə olan türkman lider Türkiyənin bu ölkədəki səfiri
və baş konsulu ilə də görüşüb.
Asif Nərimanlı

-
Avropa21:49
Almanlar daha az yuyunmalı və daha isti geyinməli olacaqlar - SƏBƏB
-
Region21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı