Uçuş xəritəsini səhv götürən təyyarə geri qayıtdı
Bizi izləyin

Dünya

Uçuş xəritəsini səhv götürən təyyarə geri qayıtdı

İstanbul-Oslo reysi ilə uçan Türk Hava Yollarına (THY) aid sərnişin təyyarəsi bir saatlıq uçuşdan sonra geri qayıdıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kapitan pilotun elektronik uçuş çantası (“Jeppesen”) adlandırılan uçuş xəritəsini səhv götürməsi olub.

“Airbus A-320” tipli sərnişin təyyarəsi dünən saat 14:30-da Atatürk hava limanından qalxıb. Təyyarə bir saatlıq uçuşdan sonra uçuş xəritəsini səhv götürdüyünü fərq edib. Kapitan pilot hava limanı ilə əlaqə saxlayaraq geri dönmək istədiyini söyləyib və eniş edib.

Pilot xəritəni dəyişdirəndən sonra İstanbul-Oslo səfərini davam etdirmək üçün yenidən havalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm