Kanada İŞİD-ə qarşı əməliyyatlarda iştirakını dayandırır
Bizi izləyin

Dünya

Kanada İŞİD-ə qarşı əməliyyatlarda iştirakını dayandırır

Kanada Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatlarda iştirakını dayandıracaq.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kanadada parlament seçkilərində qələbə qazanan Liberal Partiyasının lideri və yeni baş nazir Kastin Tryudo bildirib.

Kastin Tryudo seçkiqabağı kampaniyada partiyasının qələbə qazanacağı halda Kanadanın hərbi kontingentini Yaxın Şərqdən çıxaracağına söz verib. O, oktyabrın 20-də ABŞ prezidenti Barak Obama ilə telefon söhbətində də bu fikrində qəti olduğunu bildirib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri 2014-cü ilin avqustunda İraqda, sentyabrda isə Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb. 2014-cü il oktyabrın 3-də Kanadanın baş naziri Stiven Xarper İŞİD-ə qarşı əməliyyatlara qoşulacağını açıqlayıb.

Kanada 2014-cü ilin oktyabrında Yaxın Şərqə altı "F-18" qırıcı, iki "CP-140 Aurora" kəşfiyyatçı təyyarə, bir "Airbus SS-150" yanacaqdolduran təyyarə və 600 hərbi qulluqçu göndərib. Kanadalılar 2015-ci ilin aprelindən əməliyyatlarda iştirak etməyə başlayıb. Əvvəlki hökumət Yaxın Şərqdəki hərbi missiyasının 2016-cı ilə qədər uzadılması barədə qərar qəbul etmişdi.

Kanada hərbi kontingenti Küveytdə təyyarə bazasında yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm