Dəməşq Rusiyanın İŞİD-ə qarşı əməliyyatının müddətini açıqladı
Bizi izləyin

Dünya

Dəməşq Rusiyanın İŞİD-ə qarşı əməliyyatının müddətini açıqladı

Rusiyanın Suriya ərazisində həyata keçirdiyi əməliyyatlar bir ildən çox davam etməyəcək.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Moskvadakı səfiri Riyad Xaddad bildirib.

“Biz əməliyyatın başa çatacağı konkret tarixi açıqlaya bilmərik. Amma hesab etmirəm ki, əməliyyatlar bir ildən çox davam edəcək”, - suriyalı diplomat deyib.

Qeyd edək ki, oktyabrın 19-da “Bloomberg” agentliyi adının çəkilməsinin istəməyən rusiyalı məmura istinadən əməliyyatların bir ildən çox davam edəcəyini yazıb. Kremldən isə bir müddət əvvəl bildirilib ki, hava əməliyyatları təxminən 3-4 ay davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm