Kişi avtobus sürücüsü hamilə çıxdı - ŞOK
Bizi izləyin

Dünya

Kişi avtobus sürücüsü hamilə çıxdı - ŞOK

Tükiyənin Antalya şəhərində keçirilən narkotik analizi zamanı kişi cinsindən olan avtobus sürücülərindən biri hamilə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada sürücülərin narkotik aludəçiliyinin təyin olunması üçün sidik analizi götürülüb. Sürücülərdən birinin analizi zamanı onun hamilə olduğu ortaya çıxıb. Hər kəsin təəccübünə səbəb olan hadisəyə görə klinika açıqlama verib. Klinikadan sidiyin həmin şəxsin özünə aid olmadığı bildirilib:
“Analizlərin klinikada qarışması mümkün deyil. Çox güman ki, hansısa bir yolla başqasına aid sidiyi klinikaya təqdim edib”.

Qeyd edək ki, aparılan təhlil zamanı alınan qan və sidik nümunələrinin analizi zamanı 40 avtobus sürücüsünün narkotik aludəçisi olduğu ortaya çıxıb.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm