Dünya
Vyana sammiti başa çatdı - NƏTİCƏLƏR

Rusiya İran və Misirin cəlb olunması ilə Suriya probleminin həllində iştirak edən vasitəçilərin sayının artırılmasını dəstəkləyir.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarlarla Vyanada bugünkü görüşdən sonra bildirib. Lavrov qeyd edib ki, Suriya müxalifətinin də “İslam dövləti”nə (İŞİD) qarşı mübarizəsi vətənpərvərlik baxımından çox əhəmiyyətlidir.
ABŞ-ın dövlət katibi Con Kerri də görüşün konstruktiv və məhsuldar keçdiyini bildirib. O. qeyd edib ki, tərəflər genişləndirilmiş formatda 30 oktyabrdan sonra yenidən görüşə bilərlər. Amma dövlət katibi İranın bu görüşdə iştirakını istisna edib.
Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr isə qeyd edib ki, iştirakçılar Suriya prezidenti Bəşər Əsədin siyasi taleyi haqqında razılaşa bilməyiblər.
Ömər Dağlı

-
Region16:58
5 PKK terrorçusunun hücum cəhdi öz başlarında çatladı... - Türkiyə MN
-
Rəsmi xronika16:30
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Yeniləndi
-
Rəsmi xronika16:17
Aşqabadda liderlərin Xəzər Sammiti başladı - Yeniləndi
-
Qarabağ 15:08
Ermənilərin qorxuya düşməsinin səbəbi budur- Politoloq AÇIQLADI
-
Hadisə14:06
Şəhid anasını aldadıb 11 min manat aldı... - FOTO
-
Avropa13:25
Madriddə NATO-nun sammiti başladı
-
Nida Təhlil 13:18
Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"
-
Nida Təhlil 12:21
PA rəsmisi QALMAQALLI "müsabiqə"dən danışdı: Müşahidə Şurasının qərarı…