“Krasnoqorsk atıcısı” intihar edib
Bizi izləyin

Dünya

“Krasnoqorsk atıcısı” intihar edib

Moskva ətrafında yerləşən Krasnoqorsk rayon administrasiyası başçısının birinci müavini Yuri Karaulovu, elektrik şəbəkəsinin rəhbəri Georgi Kotlyarenkonu və daha iki nəfəri qətlə yetirən biznesmenin cəsədi tapılıb.

Rusiyanın NTV telekanalını xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin ilkin məlumata görə, biznesmen Amiran Georqadze qətli törətdiyi gün intihar edib. Onun cəsədi Krasnoqorsk rayonunun Timoşkino qəsəbəsindəki şəxsi evlərin birində aşkarlanıb. Ev sahibi pəncərə şüşəsinin sındırıldığını görüb və içəri girmədən polis çağırıb.

Xatırladaq ki, böyük rezonans doğuran kütləvi qətl oktyabrın 19-da törədilmişdi. KİV-in “Krasnoqorsk atıcısı” adlandırdığı biznesmenin axtarışına Rusiya paytaxtı və Moskvaətrafı polisinin bütün şəxsi heyəti cəlb olunmuşdu. Amiran Georqadze barəsində federal axtarış elan olunmuş və onun tapılmasına köməyə görə bir milyon rubl mükafat vəd edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm