İsrail təyyarələri Qəzzanı vurdu
Bizi izləyin

Dünya

İsrail təyyarələri Qəzzanı vurdu

İsrail təyyarləri Qəzzanın cənubunda hava hücumu həyata keçirib.


Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu hücumun "Qəzzadan atılan və İsrailin cənub bölgəsinə düşən raketə cavab" olaraq təşkil edildiyini bildirib.


Ordu komandiri yanvar ayından bu yana Qəzzadan İsrailə 18 raket hücumu təşkil olunduğunu da iddia edib. O bildirib ki, insanlar hər an Qəzzadan raket gələcəyi qorxusu ilə yaşaya bilməz:


“Həmas öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir, əks halda, nəticələrinə dözməlidirlər. Biz hücumlara qarşılıq verməyə davam edəcəyik”.


Qeyd edək ki, İsrail ordusunun "raket atıldığı" iddiasıyla Qəzzaya 7 iyul 2014-cü ildə başlatdığı və 51 gün davam edən hücumlarında 2159 fələstinli həyatını itirib, 11 mindən çox adam yaralanıb. Hücumlarda 17200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılıb.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm