Suriya konfransı başa çatdı: Əsədin taleyi qaranlıq qaldı
Bizi izləyin

Dünya

Suriya konfransı başa çatdı: Əsədin taleyi qaranlıq qaldı

Suriya böhranı ilə bağlı Vyanada keçirilən ikinci beynəlxalq konfrans başa çatıb.

Publika.az xəbər verir ki, toplantıda ciddi nəticələr əldə etmək mümkün olmayıb. Konfransda 17 ölkənin xarici işlər idarələrinin rəhbərləri, eləcə də BMT və Avropa İttifaqı (Aİ) təmsilçiləri iştirak ediblər.

Danışıqlarda əsas mübahisəli mövzu Suriya prezidenti Bəşər Əsədin siyasi taleyi ilə bağlı olub. Suriyada sülhyaratma proseslərində Bəşər Əsədin oynaya biləcəyi rolun nədən ibarət olacağı barədə onun tərəfdarları və əleyhdarları arasında fikir birliyinə nail olunmayıb. Fransa rəsmiləri mümkün qədər tez zamanda Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu bildirsələr də, Almaniya və bir sıra ölkələr keçid dövründə onun hakimiyyətdə qalmasını mümkün hesab ediblər.

Konfrans iştirakçıları danışıqların davam etdirilməsi barədə ümumi razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm