ABŞ həbsxanaların qapısını açır: 6 min məhbus azadlıqda
Bizi izləyin

Dünya

ABŞ həbsxanaların qapısını açır: 6 min məhbus azadlıqda

ABŞ-ın Ədliyyə Nazirliyinin məhbusların sayının azaldılması ilə bağlı qərarı ilə əlaqədar təxminən 6 min məhbus azadlığa çıxacaq.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, artıq cümə günündən başlayaraq məhbusların bir hissəsi həbsxanadan buraxılıb. Qalan hissəsinin isə çərşənbə axşamı azadlığa buraxılacağı gözlənilir. Onlardan bir çoxu narkomanlar üçün olan reabilitasiya mərkəzlərində müalicə kursu keçirlər.

Bu, ABŞ tarixində ən böyük amnistiyalardan biri hesab olunur.

Qeyd edək ki, Amerika hökuməti qeyri-zorakı cinayətlərdə ittiham olunanların azadlığa çıxarılması ilə bağlı qərar qəbul edib. Bu da federal həbsxanalarda məhbusların təxminən yarısı deməkdir.

Azadlığa çıxan hər üçüncü məhbusun əcnəbi vətəndaş olduğu bildirilir. Onlar tezliklə öz ölkələrinə deportasiya ediləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm