Qəzaya uğrayan təyyarə haqqında yeni XƏBƏR
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarə haqqında yeni XƏBƏR

Qəza yerindəki qalıqların xarakteri А321 təyyarəsinin havada çox böyük hündürlükdə dağıldığına dəlalət edir.

Bunu “Possiya 24” telekanalının efirində Rosaviasiyanın rəhbəri Aleksandr Neradko deyib. O qeyd edib ki, hadisə yeri təxminən 20 kvadratkilometr sahəni əhatə edir. Təyyarənin elementləri 8 kilometrə yaxın uzunluğu və 4 kilometrə yaxın eni olan əraziyə ellips formasında səpələnib. Bütün bunlar təyyarənin çox böyük hündürlükdə dağılmasından xəbər verir.

Qəzanın səbəblərinə gəlincə, ekspertlər bunun yalnız “qara qutu”ların şifrəsi açıldıqdan sonra bəlli olacağını bildirirlər.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan Rusiyaya məxsus А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm