İtaliyanı sel aparır - FOTO
Bizi izləyin

Dünya

İtaliyanı sel aparır - FOTO

İtaliyanın Kalabria bölgəsində bir neçə gün davam edən aramsız yağan güclü yağış nəticəsində dəmiryol xətləri və avtomagistrallar su altında qalıb.

Azərtacın İtaliyadakı müxbiri xəbər verir ki, xüsusilə Ferruzano qəsəbəsi hazırda təcrid olunmuş vəziyyətdədir və xilasedicilər buraya daxil olmaq üçün səy göstərirlər.

İtaliyanın AGİ xəbər agentliyinin məlumatına görə, bölgədə baş verən güclü daşqınlar torpaq sürüşmələri ilə nəticələnib və nəqliyyatın hərəkəti iflic olub. Daşqınların törətdiyi fəsadları aradan qaldırmaq üçün ətraf bölgələrin xilasediciləri də cəlb olunub. Artıq bölgədə yaşayan əhalinin təxliyyə olunmasına başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm