Dövlət çevrilişinə cəhd: gürcü müğənni dindirilir
Bizi izləyin

Dünya

Dövlət çevrilişinə cəhd: gürcü müğənni dindirilir

Gürcüstan müğənnisi Sofo Nijaradze dindirilmək üçün Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Nijaradze öz Feysbuk hesabında yayıb. Nijaradze sabah 12:00-da əks-kəşfiyyat idarəsinin əməliyyatçıları tərəfindən dindiriləcək.

Nijaradze ilə bərabər eks-prezident Mixail Saakaşvilinin keçmiş mühafizə rəisi Temur Canaşiya da kəşfiyyat idarəsinə çağrılıb. Hər iki şəxs Mixail Saakaşvili ilə əlaqədə olmaqda və Gürcüstanda çevrilişə cəhd göstərməkdə günahkar bilinir.

Qeyd edək ki, Sofo Nijaradze Gürcüstanı 2010-cu “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm