Türkiyədə yeni döyüşlər başlayır - PKK atəşkəs qərarını ləğv etdi
Bizi izləyin

Dünya

Türkiyədə yeni döyüşlər başlayır - PKK atəşkəs qərarını ləğv etdi

Türkiyənin Diyarbəkir vilayətinin Silvan mahalında PKK terrorçularına qarşı aparılan əməliyyatda bir polis şəhid olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular tərəfindən vurulan Necmi Çakar xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, küçəyə çıxma qadağasının davam etdiyi Silvan mahalında dünəndən başlayaraq PKK-ya qarşı əməliyyatlar keçirilir.

PKK isə seçkidən əvvəl elan etdiyi “atəşkəs” qərarını ləğv edib. Bu barədə təşkilatın siyasi qanadı KCK İcra Şurasından bildirilib. Qərar barədə məlumat PKK-nın telekanalı “Med Nuçe TV”dən verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm