“Ukrayna heç vaxt Krımın Rusiyaya birləşməsini tanımayacaq”- Rəsmi
Bizi izləyin

Dünya

“Ukrayna heç vaxt Krımın Rusiyaya birləşməsini tanımayacaq”- Rəsmi

“Ukrayna heç vaxt Krımın Rusiyaya birləşməsini tanımayacaq”- Rəsmi

“Ukrayna heç vaxt Krımın müstəqilliyi və onun Rusiyaya birləşməsini tanımayacaq. Ukrayna status-kvonun bərpası üçün bütün beynəlxalq addımları atacaq”.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebıynis keçirdiyi brifinqdə söyləyib.

Xatırladaq ki, bu gün Kreml sarayının Georgiyevski zalında keçirilən tədbirdə Krım Muxtar Respublikası və Sevastopol şəhərinin Rusiyaya birləşməsi ilə bağlı müqavilə imzalanıb.

Ukrayna XİN-in rəsmisi bu gün Moskvada baş verənlərin heç bir halda demokratiya, hüquqi prinsiplərə və sağlam düşüncəyə əsaslanmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm