“Estonian Air” aviaşirkəti fəaliyyətini dayandırıb
Bizi izləyin

Dünya

“Estonian Air” aviaşirkəti fəaliyyətini dayandırıb

Bu gün Estoniyanın “Estonian Air” milli aviaşirkəti bütün uçuşları dayandırıb. “Report” xəbər verir ki, hökumət son bir neçə il ərzində xəzinədən maddi yardım və digər imtiyazlar verməklə ölkənin titullu aviadaşıyıcısını müflis olmaqdan xilas etməyə çalışıb.

2008-2014-cü illərdə “Estonian Air”in xilasına ümumilikdə təqribən 130 milyon dollar vəsait ayrılıb.

Avropa Komissiyası hesab edib ki, aviaşirkət qanunsuz olaraq əldə etdiyi 85 milyon dolları və üstəgəl onun faizini geri qaytarmalıdır. “Estonian Air”in bu məbləği qaytarmaq imkanı olmadığından, bu, aviadaşıyıcının müflis olması anlamına gəlir.

“İnterfax” xəbər verir ki, baş verənlər Estoniya hökuməti üçün gözlənilməz olmayıb və artıq bazar günündən etibarən ölkə hüdudlarından kənarda qalan “Estonian Air” müştərilərini daşımağa başlayacaq aviadaşıyıcılar müəyyən edilib.

Turizm şirkətləri bu barədə öz müştərilərini xəbərdar edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm