Türkiyədə dövlət çevrilişində günahkar bilinən 17 nəfər həbs olundu
Bizi izləyin

Dünya

Türkiyədə dövlət çevrilişində günahkar bilinən 17 nəfər həbs olundu

İzmirin 18 bölgəsində dövlət çevrilişində şübhəli bilinən şəxslərə qarşı keçirilən polis əməliyyatı zamanı 36 nəfər saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, saxlanılan şübhəlilər dindirildikdən sonra onlardan 17 nəfəri barədə həbs qərarı çıxarılıb, 15 nəfər isə ev dustaqlığına buraxılıb.

Tutulan 17 nəfər arasında İzmirin keçmiş poli rəisi Ali Bilkay, müfəttişlər Ferda İleri və Ahmet Kaya, 2-ci dərəcəli polis rəisi Mehmet Ali Şevik, 3-cü dərəcəli polis rəisi Behzat Tuzcu, 4-cü dərəcəli polis rəisi Yusuf Uzşen də var.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm