Dünya
Ukrayna ordusu Krımda atəş açmaq əmri aldı
Ukrayna Müdafiə nazirliyi Krım Muxtar Respublikasında yerləşən Ukrayna hərbi bazalarında xidmət çəkən hərbçilərə odlu silahlardan istifadə etməyə icazə verib.
Ukrayna Müdafiə nazirliyinin yaydığı xəbərdə bildirilir:
“Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı və müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin verdiyi qərara əsasən, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisinin əmrinə uyğun olaraq Krım Muxtar Respublikasına dislokasiya edilmiş Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdə odlu silahdan istifadə edilməsinə icazə verilsin”.
Xatırladaq ki, bir neçə saat bundan əvvəl Simferopolda binaların birindən Ukrayna hərbi bazasına atəş açılmışdı. Nəticədə Ukrayna özünümüdafiə dəstəsinin bir zabiti həlak olub, ikisi isə yaralanmışdı. /anspress/
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək