Olland: “Obama və Putinə bunun üçün təklif edəcəyəm”
Bizi izləyin

Dünya

Olland: “Obama və Putinə bunun üçün təklif edəcəyəm”

Fransanın paytaxtı Parisdə prezident Fransua Ollandın sədrliyi ilə fövqəladə toplantı keçirilib.

Publika.azxarici mediaya istinadən xəbər verir ki, senator və millət vəkillərinə səslənən prezident Fransanın Paris terror hücumlarından sonra artıq döyüşün içində olduğunu deyib.

“İŞİD-i məhv etmək üçün qərarlıyıq. Nəfəs almadan döyüşməyə davam edəcəyik. Suriyada Fransanın düşməni İŞİD-dir, İŞİD məhv edilməlidir. Suriya terrorizm üçün ən böyük fabrikə çevrilib. Ancaq daha çox dəstəyə ehtiyacımız var. Obama və Putinə birlikdə hərəkət etmək üçün təklif edəcəyəm”, - Olland söyləyib.

Dövlət başçısı qeyd edib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bəzi şəxslərdən vətəndaşlıq alına bilər. Ollandın sözlərinə görə, həmin şəxsin Fransada doğulması da bu addıma maneə olmayacaq: “Fransa üçün təhdid olan terrorla əlaqəli insanlar ölkədən çıxarılacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm